YALANLAR
Ciblər hər gün
Yalan daşıyır evlərə”¦
Yalanla dolur,
boşalır evlər.
Uşaqlar yalan yeyib yatırlar.
Qadınlar yalandan
ərlərinin üzünə gülürlər.
Kişilər yalandan durub işə gedirlər.
Idarələr yalandan bağlı olur birdən,
Yalandan dost olur
bir-birinə insanlar”¦
Yalandan adam da olurlar,
Adamlar”¦
Yalandan doğulur yalanlar.
Bircə,
Yalandan ölməyir insanlar”¦
ÖLÜM DAŞIYIR
Səsi boğunuq,
Baxışları tutqun,
Gözləri qəmli,
Sir-sifətindən
zəhər yağan,
qaşınmaqdan
yanları
yara bağlayan,
Avtobuslar
Ayağını basa-basa,
Bir yanı üstə
Şəhərin
o başından,
bu başına
Bu başından,
o başına
Çalxalana-çalxalana
Yırğalana-yırğalana
Ölüm daşıyır,
Insan əvəzinə.
Içərisi, çölü qədər.
Ölüm iyisi gəlir
Avtobuslardan.
GEDƏCƏM
Arxayın ol, məndən!.. Gedəcəm daha!
Bilirəm, nə olsun, yolum uzaqdı?!..
Buralarda yenə ilişib qalsam,
Tale üz döndərib uzadacaqdı...
Ya atlanım gedim, ya piyada mən,
Bircə yola çıxıb, getməyim gərək.
Yanında qaldıqca üzürəm səni,
Uzaqlaşıb gözdən itməyim gərək”¦
Sən də fikir çəkmə, ömrünü sür get.
Yığıb aparası bir şeyim yoxdu.
Nəyim qalsa sənə halalın olsun,
Günahım üstündə haqqımdan çoxdu.
Nə olsun, xəstəyəm əlacım yoxdu,
Ümidsiz ölməyə haqqım çatmayır.
Onsuz da mənim tək xəstələr çoxdu,
Mən öləsi olsam dünya batmayır!..
Nə vaxtsa səninlə görüşə bilsək,
Üzə - üz tutmağa üzümüz ki, var.
Birgə baxammadıq dünyaya, neynək?!
Özümüzə baxmağa gözümüz ki, var”¦
Qalib Şəfahət