Ukrayanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quterreş arasında üçtərəfli görüş başa çatıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, liderlərin qapalı görüşü 40 dəqiqə davam edib.
Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə edib.
***
Ukrayanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quterreş arasında üçtərəfli görüş başlayıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, liderlərin görüşü qapalı keçirilir.
Görüşün yekunlarına dair mətbuata birgə açıqlama olacağı gözlənilir.
Bizim.Media