Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın Odessa limanında yerləşən yanacaq çəninə zərbə endirib.
Bizim.Media xəbər verir ki, nazirlik bildirib ki, sözügedən obyekt Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün istifadə olunub.
Bundan əlavə, Nikolayev limanında Ukrayna ordusunun təminatı üçün yenidən təchiz edilmiş dəniz yedək gəmisi, eləcə də Qara dənizdə hərbi yüklər daşıyan quru yük gəmisi vurulub.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, zərbələr hava bazalı yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib.
Bizim.Media