Amerikanın “Vogue” dərgisinin növbəti buraxlışının üz qabığında Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya parıldayıb.
Bizim.Media xəbər verir ki, məşhur fotoqraf Enni Leybovitsin kamerasının qarşısına keçən ölkənin birinci xanımı və həyat yoldaşı Zelenski səmimi pozları ilə diqqətləri üzərinə cəmləyib.
Kiyevdə lentə alınan fotoların çəkilişləri prezidentin ofisində, eyni zamanda Qostomeldəki Antonov hava limanında baş tutub.
Yelena ilə Volodimirin şəkilləri sosial mediaya yayılar-yayılmaz izləyicilər tərəfindən müzakirələrə yol açıb.
Cütlüyün müsahibəsi isə yaxın günlərdə geniş kütləyə təqdim olunacaq.
Rəşad Əliyev, Bizim.Media


