Almaniyada hava limanlarının işçiləri tətil etmək qərarına gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, tətil səbəbiylə Frankfurtda 32-si ötən gün və 646-sı bu gün olmaqla 678 reys ləğv edilib.
Münhendə isə 15-i ötən gün, 330-u bu gün olmaqla 345 uçuşun mümkün olmayacağı bildirilib.
Ləğv qərarından sonra Frankfurtda 92 min, Münhendə isə 42 min sərnişinin biletinin ya geri qaytarılacağı, ya da başqa vaxta dəyişdiriləcəyi bildirlib.
Bizim.Media