Ukraynada rus dilindən istifadə edənlər cərimələnəcək.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə dövlət dilinin müdafiəsi üzrə komissar Taras Kremen bildirib.
“Cərimə 3400-8500 qrivna arasında dəyişir. Təkrar qayda pozan şəxslərə isə 8500-dən 11900 qrivnaya qədər cərimə tətbiq olunacaq. Bundan sonra ölkə vətəndaşları ictimai həyatın bütün sahələrində Ukrayna dilindən istifadə etməlidirlər”, - T.Kremen bildirib.
Bizim.Media