Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində hərbi bazaya zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Odessa vilayət hərbi administrasiyasının spikeri Sergey Bratçuk açıqlayıb.
"Zərbə nəticəsində 150 rusiyalı hərbçi, o cümlədən bir general və beş zabit zərərsizləşdirilib" - deyə Bratçuk qeyd edib.
Məlumata görə, Ukrayna ordusu bazaya “HIMARS” sistemləri ilə atəş açıb.
Bizim.Media