Cozef Baydenin prezident seçkilərindəki qələbəsi rəsmi təqsdiqini tapıb.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, ABŞ Konqresi hər iki palatanın birgə iclasında Baydenin qələbəsi təsdiqlənib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri ötən il 3 noyabrda keçirilib. Seçkilərin nəticələrinin təsdiqlənməsi ərəfəsində Vaşinqtonda Donald Tramp tərəfdarlarının etiraz aksiyası keçirilib. Polislə toqquşma nəticəsində 4 nəfər ölüb, 52 nəfər saxlanıb.
Baydenin yanvarın 20-də andiçmə mərasimi olacaq.
Bizim.Media