Bir qrup konqresmen və senator Vaşinqtonda bir araya gəlib 25-ci düzəlişə əsasən Trampı Ağ Evdən göndərmək üçün məxfi görüş keçirir.
Bizim.Media xəbər verir ki, bu haqda "Urban" Radio Şəbəkəsinin müxbiri Eyprıl Rayan məlumat yayıb.
O, bildirib ki, görüşün yeri gizli saxlanılır.
Qeyd edək ki, 25-ci düzəlişə əsasən, prezident səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə vəzifədən kənarlaşdırıla bilər. Bunun üçün isə vitse-prezident və ya Prezident Administrasiyasının əksəriyyəti və yaxud ABŞ Konqresinin hər iki palatasının üçdə ikisinin səsi olmalıdır.
Bizim.Media