Səudiyyə Ərəbistanında Məkkə şəhərindəki məsciddə "namussuz/əxlaqsız hərəkətlər" etməkdə günahlandırılan iki Banqladeş vətəndaşı edam edilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hökmün icrası barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında cinayətkarların "əməllərinin ağırlığı və müqəddəs məkanın toxunulmazlığını pozduqları" üçün edam edildikləri bildirilir. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatları haqqında əlavə məlumat təqdim etməyiblər.
Yayılan görüntülərə görə, onların qılıncla boyunları vurulub.
Öz növbəsində Banqladeş hakimiyyəti Səudiyyə Ərəbistanının hökmün çıxarılması və edamın həyata keçirilməsi barədə onlara məlumat vermədiyini bəyan edib. Banqladeş Xarici İşlər Nazirliyinin nümayəndəsi Şama Obaed bildirib ki, qurum krallıq hökumətinə baş verənlərlə bağlı "ətraflı məlumat" təqdim olunması xahişi ilə məktub ünvanlayıb.

Bizim.Media