Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortaya çıxır. Bu məsələ bir daha vətəndaşların toyda qidalanma məsələsinə həssas yanaşmalı olduğunu göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prosesi necə tənzimləyir? Əvvəldən restoranlara baxış keçirilmir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, belə halların əsas səbəbi ölkədə istehlakçı hüquqlarının bərbad vəziyyətdə olmasıdır:

“Biznes qurumları üçün toxunulmaz şərait yaradılıb: yoxlamalar, araşdırmalar, baxış olmaz. Belə bir şəraitdə biznes qurumları vəziyyətdən tam sui-istifadə edirlər. Qlobal səbəb isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1991-ci ildə qəbul olunması və o vaxtdan bəri dəyişməz qalması, dövlətin istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. Bu problem əmtəə bazarının bütün sahələrində özünü göstərir”.

E.Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin gecə-gündüz biznes qurumlarının yanında dayanaraq insanlara necə yemək verildiyini izləməsi mümkün deyil:

“Sadəcə olaraq, qanunların imkan verdiyi çərçivədə baxışlar keçirirlər, müəyyən sənədlər verirlər. Bundan sonra biznes qurumları, o cümlədən restoranlar və şadlıq evləri öz işlərini görürlər. İctimai nəzarət güclənməli və geniş yayılmalıdır ki, belə halların qarşısı nisbətən alınsın. Burada, necə deyərlər, Qida Təhlükəsizliyi Agentliyini də qismən günahkar hesab etmək olar. 

Görünür, Agentlik bütün mallara və yemək çeşidlərinə lazımi səviyyədə nəzarət edə bilməyib. Bu cür hallar həyatımızın bütün sahələrində, o cümlədən restoran biznesində mövcuddur. Belə halların baş verməməsi üçün istehlakçıları fəal olmağa çağırıram. İstehlakçılar toy sahibinin xətrinə dəyməsin deyə susmaq əvəzinə, elə toy zalından 1003 qaynar xəttinə məlumat versinlər ki, burada belə hadisələr baş verir. Nə qədər ki, ictimai nəzarət yoxdur, bu cür hallar davam edəcək”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Vens: “Ukrayna NATO-ya üzv olmamalıdır”

Vens: “Ukrayna NATO-ya üzv olmamalıdır”

“Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

“Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

İlkin Çərkəzoğlu vəfat etdi

İlkin Çərkəzoğlu vəfat etdi

Sürücülərin DİQQƏTİNƏ – Bu hallarda avtomobili idarəetmə hüququnuz MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin DİQQƏTİNƏ – Bu hallarda avtomobili idarəetmə hüququnuz MƏHDUDLAŞDIRILACAQ

Azad edilmiş ərazilərdə 8 su elektrik stansiyası tikilir

Azad edilmiş ərazilərdə 8 su elektrik stansiyası tikilir

Oktyabrın 20-si Energetiklər Günüdür

Oktyabrın 20-si Energetiklər Günüdür

Astarada kişi pilləkəndən yıxılaraq VƏFAT ETDİ

Astarada kişi pilləkəndən yıxılaraq VƏFAT ETDİ

Bakıda sərxoş kişini avtomobil vurdu

Bakıda sərxoş kişini avtomobil vurdu

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılır

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılır

“Bitcoin”in qiyməti 82 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 82 min dollardan aşağı düşdü

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan etdi

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan etdi

Avro və rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro və rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür

End of content

No more pages to load

RADİO