Azad edilmiş ərazilərdə 8 su elektrik stansiyası tikilir

Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə su elektrik stansiyasının (SES) tikintisi davam etdirilir.

Bizim.Media xəbər verir ki, bunu "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın elektroenergetika strategiyasında işğaldan azad edilmiş ərazilərin enerji təminatının qurulması və yerli resurslardan səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır:

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr regionların bərpası, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və enerji infrastrukturunun formalaşdırılması ilə paralel inkişaf edir. Bu ərazilərdə ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyasının istifadəyə verilməsi ölkənin generasiya potensialının genişləndirilməsinə mühüm töhfəsidir.

Hazırda daha 8 yerdə su elektrik stansiyasının tikintisi davam etdirilir. Su elektrik stansiyalarının əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Onlar yerli enerji resurslarından istifadə etməyə, regionların enerji təminatını gücləndirməyə və bərpa olunan enerji mənbələrinin ümumi istehsaldakı payını artırmağa imkan verir".

B.Rzayev əlavə edib ki, bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda yaradılan enerji infrastrukturu Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə də xidmət edir:

"Yeni yaşayış məntəqələrinin, sosial obyektlərin, istehsal müəssisələrinin və aqrar təsərrüfatların enerji təminatı regionun davamlı inkişafının vacib şərtidir. Gələcək mərhələdə bu ərazilərdə su elektrik enerjisinin istehsal imkanlarının rəqəmsal idarəetmə sistemləri ilə uzlaşdırılması, generasiya göstəricilərinin real vaxt rejimində izlənilməsi və şəbəkəyə ötürülən enerjinin səmərəli bölüşdürülməsi daha böyük əhəmiyyət kəsb edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Vüsal İbrahimov VƏFAT ETDİ

Vüsal İbrahimov VƏFAT ETDİ

Mobil telefonlardan POS-terminal kimi istifadə MÜMKÜN OLACAQ

Mobil telefonlardan POS-terminal kimi istifadə MÜMKÜN OLACAQ

Bu bağçada nöqsanlar aşkarlandı - Protokol tərtib olundu

Bu bağçada nöqsanlar aşkarlandı - Protokol tərtib olundu

Yaponların sürətli paltar qurutma texnikası

Yaponların sürətli paltar qurutma texnikası

Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO

Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO

30 yaşında başlayır, yuyunmaqla belə keçmir

30 yaşında başlayır, yuyunmaqla belə keçmir

Vladivostokda Soljenitsının abidəsi söküldü

Vladivostokda Soljenitsının abidəsi söküldü

Biləsuvarda ağır qəza: 1 ölü, 1 yaralı var

Biləsuvarda ağır qəza: 1 ölü, 1 yaralı var

Azərbaycan neftinin qiyməti ARTDI

Azərbaycan neftinin qiyməti ARTDI

Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB

Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB

“Kupça”sız evə bu yolla sənəd almaq olar

“Kupça”sız evə bu yolla sənəd almaq olar

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

End of content

No more pages to load

RADİO