ABŞ-ın vitse-prezidenti Cey Di Vens hesab edir ki, Ukrayna NATO-ya üzv olmamalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə o, bazar ertəsi gecə saatlarında "2Way" nəşrinə müsahibə verərkən deyib.
"Bildiyim qədərilə, Ukrayna ilə heç bir rəsmi ittifaqımız yoxdur. Onlar NATO-da deyillər”, deə Vens əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton və Kiyevin "bir qədər fərqli maraqları" var.
Vens qeyd edib ki, Vaşinqton Rusiyadakı neft emalı zavodlarının bombalanmağını istəmir:
"Düşünürəm ki, Ukrayna Rusiyanın enerji infrastrukturunu bombalamağa son qoymalıdır. Ukraynanın bu hərəkətləri amerikalılar üçün dizel yanacağının qiymətini artırır”.
Bizim.Media