Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Azərbaycanda Zəngilan Şəhəri Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, 6 il əvvəl, 2020-ci il oktyabrın 20-də, Vətən müharibəsinin 24-cü günü Zəngilan şəhəri və ətraf kəndlər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.

Zəngilan şəhərinin və ətraf kəndlərin işğaldan azad olunması ilə bağlı xəbəri Prezident İlham Əliyev xalqa çatdırıb. Dövlətimizin başçısı deyib: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.

Həmin il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib və Zəngilan rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular bu medalla təltif olunublar.

Vətən müharibəsində Zəngilanın işğaldan azad edilməsi üçün uğurlu “Üç nöqtə” əməliyyatı həyata keçirilib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra edilərək düşmənə sarsıdıcı zərbələr endirilib və onlar qaçmağa məcbur olublar. Pilotsuz uçuş aparatları vasitəsilə düşmənin dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib.

1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal edilən, 27 il tamamilə dağıdılan, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınan Zəngilanın azad olunması ilə Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədindəki ərazilərin nəzarətə götürülməsi ilə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Rayonun işğaldan azad edilməsi Qarabağ düyününün açılmasında həlledici amil olub. Bartaz, Sığırt, Şükürataz və daha beş yüksəkliyin azad olunması böyük strateji üstünlük olub.

Vətən müharibəsi yekunlaşandan dərhal sonra sıx meşələri, yaşıl bitki örtüyü, gursulu çayları ilə seçilən Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Zəngilan rayonunda sürətli yenidənqurma işlərinə başlanılıb.

Prezident İlham Əliyev ötən müddətdə dəfələrlə Zəngilan rayonunda səfərdə olub, təməlqoyma və açılış mərasimlərində iştirak edib, həyata keçirilən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Bu çərçivədə açılışı olan Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi də mühüm əhəmiyyətə malikdir.

Bundan başqa, Zəngilanda yaşayış kompleksləri inşa olunur, rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Smart DOST” məntəqəsi də fəaliyyət göstərir. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub, su elektrik stansiyaları istismara verilib, Zəngilan şəhər məscidi inşa edilib və digər işlər həyata keçirilib. Bu istiqamətdə tədbirlər hazırda fəal şəkildə davam etdirilir.

Qeyd edək ki, 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb. Hazırda Zəngilana köç prosesi davam edir, sakinlərin məşğulluğunun təmin olunması üçün lazımi işlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Vens: “Ukrayna NATO-ya üzv olmamalıdır”

Vens: “Ukrayna NATO-ya üzv olmamalıdır”

“Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

“Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

İlkin Çərkəzoğlu vəfat etdi

İlkin Çərkəzoğlu vəfat etdi

Sürücülərin DİQQƏTİNƏ – Bu hallarda avtomobili idarəetmə hüququnuz MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin DİQQƏTİNƏ – Bu hallarda avtomobili idarəetmə hüququnuz MƏHDUDLAŞDIRILACAQ

Azad edilmiş ərazilərdə 8 su elektrik stansiyası tikilir

Azad edilmiş ərazilərdə 8 su elektrik stansiyası tikilir

Oktyabrın 20-si Energetiklər Günüdür

Oktyabrın 20-si Energetiklər Günüdür

Astarada kişi pilləkəndən yıxılaraq VƏFAT ETDİ

Astarada kişi pilləkəndən yıxılaraq VƏFAT ETDİ

Bakıda sərxoş kişini avtomobil vurdu

Bakıda sərxoş kişini avtomobil vurdu

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılır

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılır

“Bitcoin”in qiyməti 82 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 82 min dollardan aşağı düşdü

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan etdi

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan etdi

Avro və rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro və rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür

End of content

No more pages to load

RADİO