Azərbaycanda ötən illə müqayisədə gənclərin sayı artıb. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 14-19 yaşlı şəxslərin sayı 2025-ci ildə 2300,8 nəfər, 2026-cı ildə isə 2318,3 nəfər təşkil edib.
Bizim.Media DSK-nə istinadən xəbər verir ki, ümumilikdə son beş ildə gənclərin sayı azalıb.
Təqdim olunan göstəricilərə görə, 2020-ci ildə 14-29 yaş arasındakı şəxslərin sayı 2368.2 min nəfər, 2021-ci ildə 2328.5 min nəfər, 2022-ci ildə 2302.2 min nəfər, 2023-cü ildə 2295.1 min nəfər, 2024-cü ildə 2301.5 min nəfər, 2025-ci ildə isə 2300.8 min nəfər olub.
Beş ilin göstəricilərinə əsasən, sözügedən yaş kateqoriyasındakı şəxslərin sayı 2 milyon 368,2 mindən 2 milyon 300,8 min nəfərə düşüb.
Ümumi azalma 67,4 min nəfərdir, bu faizlə ifadədə isə 2,8 % edir.

Qeyd edək ki, 2025-ci ilin statistik rəqəmlərinə görə, ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,5 faizini gənclər təşkil edir. Gənclərin 52,9 faizi şəhər, 47,1 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,6 faizini qadınlar təşkil edib.
Günay Şahmar, Bizim.Media