Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təminatının yaxşılaşdırılması istiqamətində 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi üzrə Novxanı-Pirşağı istiqamətində sabahdan etibarən diametri 1000 və 1400 millimetrlik kanalizasiya kollektorunun tikintisinə başlanılır.

Bizim.Media bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, layihə nəticəsində qurulacaq ümumi uzunluğu 32 kilometr olan kollektorun və yeni nasos stansiyasının inşası ilə Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Sovxoz, Fatmayı və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaranacaq.

Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə yağış sularının toplanması hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat göllərində və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
 
Həmçinin bu layihədən əlavə hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı işlər icra olunur. Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır.

Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur.

Bu layihələrin icrası tullantı sularının daha səmərəli və müasir standartlara uyğun idarə olunmasına, ətraf mühitin mühafizəsinə və güclü yağıntılar zamanı yarana biləcək fəsadların qarşısının alınmasına mühüm töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peskov "WP" nəşrinin Ukrayna üzrə sülh planı haqqında məqaləsini şərh etdi

Naftalan məktəbində nümunəvi mənzərə - VİDEO

BMT-nin 47 üzv ölkəsindən Rusiyaya sərt çağırış: "Qoşunlarınızı Ukraynadan dərhal çıxarın"

Rusiyada Gürcüstanı "məhv etməyə" çağıran şəxs cərimələndi

XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? – VİDEO

Müharibə zamanı ölkədən qaçan ukraynalı müğənnidən yeni XƏBƏR VAR - FOTO

Lənkəranda ana və 3 yaşlı övladının bıçaqlanmasının TƏFƏRRÜATI

Ukrayna ordusu Kupyanskda Rusiya hərbçilərinə zərbə endirdi – ANBAAN VİDEO

Qırğızıstandakı səfirimizin qardaşı vəfat etdi

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi – FOTO

Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi – FOTO

Laos Prezidenti Zəfər parkını ziyarət etdi – FOTO

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi – FOTO

Ər-arvadın ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO

"Qadağanedici nişan var, amma maşın saxlanılır" - Sakinlərdən şikayət – VİDEO

End of content

No more pages to load

RADİO