Müğənni İbrahim Borçalı qızı Aysunun ailə qurmağa hazırlaşmasından danışıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində söz açıb.
İ. Borçalı bildirib ki, qızının “həri” mərasimi Gürcüstanda keçirilib.
“Qızımın “həri”si yayda Gürcüstanda olub. Öz həyətimizdə məclis etdik. Nişan olacaq. Bizim qohumun qızı rəhmətə gedib, ilin çıxmağını gözləyirik. Oğlan Gürcüstandandır, dostumun oğludur. Hamının qızının bəxti gözəl olsun. Gənclər özləri bir-birini seçib, seviblər” deyə, müğənni əlavə edib. (axsam.az)
Bizim.Media