ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini 7 oktyabrda qeyd etdiyi 74-cü doğum günü münasibətilə təbrik etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Putinin doğum günü münasibətilə Trampdan təbrik teleqramı olmayıb”, - Peskov deyib.
O, Putin və Tramp arasında telefon danışığının nə vaxt baş tutacağının hələlik məlum olmadığını bildirib.
Bununla belə, Peskov danışıqların razılaşdırılmasında gecikmə olmadığını və prezidentlər arasında söhbətin hələ də baş tuta biləcəyini qeyd edib.
Xatırladaq ki, Tramp oktyabrın 7-dən əvvəl Putinlə tezliklə danışacağını açıqlamışdı. Lakin indiyəədk həmin danışıq baş tutmayıb.
Bizim.Media