Rusiya Ukrayna dronlarını vurmaq üçün ucuz yeni zenit raketi hazırlayır.
Bizim.Media “Defense Express”ə istinadən xəbər verir ki, hazırlanan raket artıq Vladimir Putinə nümayiş etdirilib və onun qiyməti təxminən 1 milyon rubl, yəni 12 min dollara yaxındır.
Yeni raketin mövcud idarəolunmayan “Alazan” ailəsinə məxsus raket əsasında hazırlanacağı bildirilir. Analitiklər ölçülərinə əsasən, söhbətin 82,5 millimetrlik “Alazan-6” raketindən getdiyini ehtimal edirlər.
“Alazan-6”nın maksimal uçuş məsafəsi 12 kilometr, maksimal hündürlüyü isə 9,3 kilometrdir. Raketin ümumi çəkisi 8,8 kiloqramdır.
Analitiklərin fikrincə, “Alazan-6”nın döyüş başlığının dəyişdirilməsi ilə onu zenit raketinə çevirmək mümkündür. Yeni raket hazırda hazırlanma mərhələsindədir.
Bizim.Media