İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlanıb, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulanıb.

 

Qeyd edilib ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

 

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

Beynəlxalq səyyahlar Şuşada – FOTO

Beynəlxalq səyyahlar Şuşada – FOTO

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi

Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

End of content

No more pages to load

RADİO