Ukraynanın ballistik raketləri, proqramın inkişafına heç nə mane olmasa, gələn ilin ortalarından etibarən Moskvaya zərbələr endirmək üçün hazır olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə aviasiya eksperti, Dövlət Aviasiya Muzeyinin aparıcı elmi əməkdaşı Valeri Romanenko bildirib.
Onun sözlərinə görə, ballistik raketlərin istifadəsi Moskvanın çoxpilləli hava hücumundan müdafiəsini yarmağa daha çox imkan verəcək.
Romanenko Rusiyanın “S-400” komplekslərinin ballistik raketlərin qarşısını almaqda kifayət qədər effektiv olmadığını iddia edib.
Ekspert bildirib ki, Rusiya artıq Ukraynanın ballistik raket istehsalı ilə bağlı müəssisələrinə zərbələr endirib.
Onun fikrincə, Ukraynada istehsalın davamlılığına mane olmamaq üçün komponentlərin istehsalının bir hissəsi Almaniya və Böyük Britaniya kimi ölkələrə çıxarılmalıdır.
Bizim.Media