ABŞ-ın görkəmli kompüter alimi Marqaret Hamilton 90 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, onun vəfatı haqqında Massaçusets Texnologiya İnstitutu (MIT) məlumat yayıb.
Hamiltonun rəhbərlik etdiyi komanda tərəfindən hazırlanan proqram təminatı 1969-cu ildə "Apollo 11" modulunun aya enməsi zamanı yaranan texniki xətanın qarşısını almış və missiyanın uğurla başa çatmasını təmin etmişdi.
1959-cu ildən MIT-də fəaliyyətə başlayan Hamilton "Apollo" layihəsinin ilk qadın proqramçısı və qrup rəhbəri olub. O, 400-dən çox mütəxəssisin çalışdığı komandaya rəhbərlik edib.
Kosmik texnologiyalar sahəsindəki misilsiz xidmətlərinə görə 2016-cı ildə sabiq president Barak Obama tərəfindən ABŞ-ın ali mülki mükafatı olan "Prezidentin Azadlıq Medalı" ilə təltif edilib. Ömrünün sonrakı illərində isə proqram təminatı şirkətləri təsis edərək elmi fəaliyyətini davam etdirib.

Bizim.Media