“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü keçirilib.

Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəzərə alaq ki, Azərbaycan artıq Məşvərət formatının tamhüquqlu üzvüdür. Bu barədə qərar keçən ilin noyabrında Qırğızıstanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında qəbul edilib. Bir vacib məqamı da qeyd edək ki,  növbəti Zirvə Azərbaycanda keçiriləcək.

Azərbaycanı Mərkəzi Asiyada və regionda aparıcı gücə çevirən faktorlar

Müasir dünyada nəqliyyat dəhlizləri artıq yalnız yük və sərnişin daşınmasını təmin edən yollar deyil. Onlar dövlətlərin iqtisadi gücünü, geosiyasi çəkisini və beynəlxalq ticarət sistemindəki mövqeyini müəyyən edən strateji arteriyalara çevrilib. Dünya xəritəsində yeni yolların çəkilməsi, limanların və dəmir yollarının inkişaf etdirilməsi əslində yeni iqtisadi və siyasi əlaqələrin qurulması deməkdir.

Qlobal ticarət marşrutlarının dəyişdiyi, geosiyasi rəqabətin kəskinləşdiyi bir vaxtda ölkələr daha təhlükəsiz, daha qısa və daha etibarlı nəqliyyat bağlantıları uğrunda mübarizə aparırlar. Bu mənada Cənubi Qafqaz və Mərkəzi Asiya xüsusi əhəmiyyət qazanır. Şərqlə Qərbi birləşdirən Orta Dəhliz, Xəzər üzərindən keçən marşrutlar və Azərbaycanın malik olduğu nəqliyyat-logistika imkanları ölkəmizin qarşısında yeni strateji perspektivlər açır.

 

Azərbaycanın üstünlüyü isə onun coğrafi mövqeyi ilə yanaşı, son illərdə formalaşdırdığı nəqliyyat infrastrukturu ilə bağlıdır. Dəmir yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, avtomobil yolları və digər logistika imkanları ölkəni regional tranzit məkanından daha geniş miqyasda Şərq-Qərb və Şimal-Cənub bağlantılarının mühüm həlqəsinə çevirir.

 

Bu baxımdan nəqliyyat dəhlizlərinə yalnız iqtisadi layihə kimi baxmaq düzgün olmazdı. Dəhlizlər həm də siyasi etimad, regional əməkdaşlıq və dövlətlərin uzunmüddətli strateji maraqlarının kəsişdiyi məkandır. Azərbaycanın C6 formatında Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də bu mənada nəqliyyat xəritəsinin tədricən geosiyasi xəritəyə çevrildiyini göstərir.

Təsadüfi deyil ki, C6-nın ən böyük potensiallarından biri Mərkəzi Asiyanı Xəzər üzərindən Azərbaycan, daha sonra Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin siyasi və iqtisadi bazasını gücləndirməkdir. Azərbaycan burada sadəcə tranzit ölkə deyil, Mərkəzi Asiyanın dünya bazarlarına çıxış qapılarından birinə çevrilir.

Bu baxımdan C6-nı yalnız diplomatik format deyil, nəqliyyat-logistika platforması kimi qiymətləndirmək daha doğru olar.

C6 Azərbaycanla Mərkəzi Asiyanın coğrafi baxımdan bir-birinə daha sıx bağlanmasına imkan yaradır. Xəzər artıq iki region arasında sərhəd deyil, Cənubi Qafqaz–Mərkəzi Asiya əlaqələrinin əsas arteriyası rolunu oynaya bilər.

Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji potensialı, Xəzər üzərindən nəqliyyat imkanları və Avropa bazarlarına çıxış perspektivi C6 çərçivəsində yeni enerji layihələrinə şərait yarada bilər.

Bundan başqa, söhbət yalnız neft və qazdan getmir. Bərpa olunan enerji, elektrik enerjisinin ötürülməsi və enerji infrastrukturunun modernləşdirilməsi də perspektiv istiqamətlər kimi göstərilir.

Müstəmləkədən müstəqilliyin zirvəsinə

Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 35 ili tamam olacaq. Ötən 35 il nə qədər çətin olsa da bu günkü dayandığımız yerdən baxanda keçdiyimiz yolun nə qədər şərəfli və böyük olduğunu aydın şəkildə görə bilərik.

Yada salaq ki, müstəqilliyin ilk illərində Azərbaycan keçmiş SSRİ-dən planlı iqtisadiyyatın ağır nəticələri və Ermənistanla münaqişəylə üz-üzə qalmışdı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Şuşada keçirilən Qlobal Media Forumunda həmin dövrlə bağlı tarixi mesaj vermişdi:
 

“Sovet İttifaqı dağılanda xatırlayıram ki, Rusiyada bir çox analitiklər deyirdilər: “Bu respublikalar məhv olacaq. Onlar mərkəz olmadan yaşaya bilməyəcəklər”.

 

Bəs nə baş verdi? Onların hamısı normal həyat yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən az firavan yaşayır, amma onların heç biri məhv olmadı. Müstəqilliyin üstünlüyü də məhz budur”.

Xatırladaq ki, o zaman bir sıra xarici qüvvələr Azərbaycanın bu çətin sınaqdan qurtula bilməyəcəyini və tarix səhnəsindən silinib gedəcəyini düşünürdülər. Üstəlik həmin qüvvələr bunun üçün Azərbaycan bütün vasitələrlə təzyiq edirdilər.

Lakin xalqın birliyi, siyasi müdriklik və qətiyyət bütün çətinlikləri aşmağa imkan verdi.

1994-cü ilin 20 sentyabrında dünya Bakıda təşkil olunan möhtəşəm bir təntənəyə şahidlik etdi. “Gülüstan”sarayında “Əsrin Müqaviləsi” imzalandı. Tədbirdə dünyanın aparıcı dövlətləri - ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Türkiyədən olan nümayəndələr iştirak edirdi.

Bəli, Ulu Öndər Heydər Əliyev qətiyyəti, müdrikliyi bütün dünyanın marağını Azərbaycan cəlb etməyi bacarmışdı. Baxmayaraq ki, Azərbaycanın karbohidrogen ehtiyatları dünyanın ehtiyacları fonunda çox cüzi görünürdü. Amma Ulu Öndər aparıcı dövlətlərin liderlərini inandıra bilmişdi ki, Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də Qərblə Şərqin, Şimalla Cənubun ən qısa və rentabelli körpüsüdür.

 

Sonrakı illərdə Azərbaycanın  moderatorluğu ilə həyata vəsiqə alan Bakı-Tbilisi- Ərzurum, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi- Qars marşurutları təkcə ölkəmizin iqtisadi-siyasi gücünü artırmadı, həm də bütövlükdə Avrasiyanın yeni iqtisadi arxitekturasını cızdı.

 

Və bu gün Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü, bu görüşdə ölkəmiz haqqında səslənən fikirlər sübut edir ki, Azərbaycanın siyasi rəhbərliyi hər zaman dövlətin və xalqın maraqları üçün qətiyyətli olub və bu qətiyyət hesabına da ölkəmiz regional gücə çevrilib.

Göründüyü kimi, bu gün Azərbaycan nəinki müstəqil siyasət yürüdür, iqtisadi gücünü günbəgün artırır, həm də region dövlətlərin qlobal bazara çıxışına və və iqtisadi rifaha çox böyük töhfələr verir.

Bu mənada Azərbaycanın “C6” formatında tamhüquqlu iştirakı Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında əlaqələrin inkişafında yeni və strateji imkanlar açır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA

“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA

Ukraynanın şəhərlərinə raket hücumları: Ölənlərin sayı 28-ə çatdı

Ukraynanın şəhərlərinə raket hücumları: Ölənlərin sayı 28-ə çatdı

SON DƏQİQƏ! Cəbrayılda mina partlayışı baş verdi - Xəsarət alan var

SON DƏQİQƏ! Cəbrayılda mina partlayışı baş verdi - Xəsarət alan var

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Sevgidə ən romantik bürclər - Hisslərini açıq göstərirlər

Sevgidə ən romantik bürclər - Hisslərini açıq göstərirlər

Zelenski Trampa səsləndi: “Rusiyaya təzyiqləri artırın!”

Zelenski Trampa səsləndi: “Rusiyaya təzyiqləri artırın!”

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Azərbaycan nümayəndələri Gorusda: Nələr müzakirə olundu?

Azərbaycan nümayəndələri Gorusda: Nələr müzakirə olundu?

Abşeron Gənclər Şəhərciyində sakinlər niyə susuz qalıb? – Məhkəmə QALMAQALI

Abşeron Gənclər Şəhərciyində sakinlər niyə susuz qalıb? – Məhkəmə QALMAQALI

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Abşeronda 23 “motoxuliqan” saxlanıldı – VİDEO

Abşeronda 23 “motoxuliqan” saxlanıldı – VİDEO

“Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim”

“Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim”

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

End of content

No more pages to load

RADİO