Cari ilin sentyabr ayı ərzində 31 özəl tibb müəssisəsində yoxlama keçirilib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Məlumata görə, bunlardan 13 özəl tibb müəssisəsi və 29 fiziki şəxs barədə inzibati tənbeh tədbiri seçilərək inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.
"2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə ilə məşğul olması faktı aşkar edilərək inzibati xətalar məcəlləsinin 215.1 maddəsi ilə 2 protokol tərtib edilib", - məlumatda qeyd edilib.
Fəridə, Bizim.Media