İstanbul Hava Limanından İrana uçuşlar həyata keçirən İranın "Caspian Airlines" aviaşirkətinə qarşı borca görə hüquqi proses başladılıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, şirkətin 3 milyon avro borcu ilə əlaqədar kreditor şirkətin vəkilləri və icra məmurları İstanbul aeroportuna gəlib.
Onlar İran aviaşirkətinə məxsus, "EP-KPB" qeydiyyat nömrəli və bu ölkəyə uçuşa hazırlaşan təyyarənin havaya qalxmasına icazə verilməməsini tələb ediblər.
Bundan sonra icra məmurları sərnişinlərin təyyarədən endirilməsini istəyib. Sərnişinlər terminala aparılıb, təyyarəyə isə həbs qoyulub.
Bizim.Media