Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib.

Bu barədə Bizim.Media-ya Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Bildirilib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə - qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, eləcə də etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının, həmçinin zərərçəkmiş icmaların təmsilçiləri və BMT ekspertləri iştirak ediblər.

Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılıb.
 

Qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi, hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, beynəlxalq monitorinqin həyata keçirilməsi və s. istiqamətlər diqqət mərkəzində saxlanılıb.


Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.

Konfrans zamanı BMT-nin Afrika mənşəli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir June Soomer, Beynəlxalq Zikh Federasiyasının Baş Hüquq məsləhətçisi Prabjot Singh Wirring, İdarəçilik üzrə beynəlxaq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış etmişlər. Onlar öz çıxışlarında Azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatları bu mövzuya diqqət ayırmalı olduğunu bildiriblər.

Tədbir iştirakçəları indiki Ermənistan ərazisində Azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Tədbirin sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib.
 

Xatırladaq ki, indiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılmış, təhqir olunmuş və mənimsənilmişdir.


Bununla yanaşı, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ - öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməmiş olaraq qalır.

Bu vəziyyət, əslində, mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası kimi qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər artıq qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Cəlilabadda ev yandı - VİDEO

Cəlilabadda ev yandı - VİDEO

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

FAKTİKİ HAVA – Yağış yağır, şimşək çaxır

FAKTİKİ HAVA – Yağış yağır, şimşək çaxır

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Ət yenə BAHALAŞACAQ? – Yeni qiymət PROQNOZU

Ət yenə BAHALAŞACAQ? – Yeni qiymət PROQNOZU

Beynəlxalq turnirə bu gün Füzulidə start veriləcək

Beynəlxalq turnirə bu gün Füzulidə start veriləcək

Bu gün Ümumdünya Ürək Günüdür

Bu gün Ümumdünya Ürək Günüdür

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Millətlər Liqasında daha 10 matç – SİYAHI

Millətlər Liqasında daha 10 matç – SİYAHI

Rubiodan XƏBƏRDARLIQ: Avropa ciddi çətinliklərlə üzləşib - VİDEO

Rubiodan XƏBƏRDARLIQ: Avropa ciddi çətinliklərlə üzləşib - VİDEO

End of content

No more pages to load

RADİO