Kolumbiya hökuməti kokain ticarəti ilə əlaqəli "Comandos de la Frontera" silahlı qruplaşmasının liderlərindən biri olan Geovani Andres Roxası (ləqəbi "Hörümçək") ABŞ-a ekstradisiya edib.
Bizim.Media xəbər verir ki, keçmiş prezident Qustavo Petro dövründə sülh danışıqları səbəbi ilə ABŞ-a verilməyən Roxas yeni hakimiyyətin sərt siyasi kursu nəticəsində toxunulmazlığını itirib.
Yeni prezident Abelardo de la Espryelya narkoterrorçuların müdafiə olunmayacağını bəyan edərək onun təhvil verilməsinə şəxsən rəhbərlik edib.
ABŞ-da qanunsuz narkotik dövriyyəsi və terrorizmdə ittiham olunan Roxas Kaliforniyada federal agentlərə təhvil verilib. Kolumbiya prezidenti ABŞ rəsmilərini onunla hər hansı güzəştli razılaşmaya getməməyə çağırıb.
Bizim.Media