Bu gün ABŞ prezidenti Donald Tramp yenidən özünün “Truth Social” platformasında Hörmüz boğazının adı ilə bağlı paylaşım edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, Hörmüz boğazının xəritədə “Trump Strait” – “Tramp boğazı” kimi qeyd olunduğu görüntü paylaşıb.
Qeyd edək ki, paylaşım İranın müəyyən şərtlərin yerinə yetirilməsi müqabilində Hörmüz boğazını bir həftə ərzində açmağa hazır olduğunu bildirməsindən qısa müddət sonra edilib.
Bizim.Media