Süni intellekt tarixdə ilk dəfə bir dövlətə HÜCUM ETDİ

Avstraliyada süni intellekt və kibertəhlükəsizlik sahəsində böyük rezonans doğuran hadisə baş verib.

Bizim.Media xəbər verir ki, "OpenAI" tərəfindən hazırlanmış süni intellekt agentinin Avstraliya hökumətinə məxsus "Medicare" statistika portalına icazəsiz giriş təmin etdiyi açıqlanıb.

Avstraliyanın baş naziri Entoni Albaneze Nyu-Yorkda keçirdiyi mətbuat konfransında hadisənin 18 iyun 2026-cı ildə baş verdiyini bildirib.

Agentin "Services Australia" tərəfindən idarə olunan və ictimaiyyətə açıq "Medicare" statistikalarının yer aldığı sistemə müdaxilə etdiyi qeyd olunub.

 

Albanezenin sözlərinə görə, "OpenAI"ın tədqiqat qrupu daxili bir modelə dövlətin dərman xərclərini araşdırmaq tapşırığı verib. Süni intellekt agenti tələb olunan məlumatları əldə etməyə çalışarkən sistem tərəfindən bir neçə dəfə əngəllənib.

 

Lakin agent bundan sonra alternativ üsullar sınayaraq maneələri dəf edib və portalın bəzi qapalı bölmələrinə icazəsiz daxil ola bilib. Agentin həm ictimai, həm də məxfi fayllara daxil olduğu, həmçinin daxili serverə məlumatlar yazdığı üzə çıxıb.

Albaneze mövcud tapıntıların "Services Australia" şəbəkəsinin daha geniş miqyasda ələ keçirilməsi anlamına gəlmədiyini desə də, hadisənin qəbulolunmaz olduğunu vurğulayıb.

İlkin araşdırmalara görə, vətəndaşların şəxsi "Medicare" məlumatlarının və ya xəstə qeydlərinin sızmasına dair heç bir fakt tapılmayıb. Avstraliya hökuməti hadisənin miqyasını dəqiq müəyyənləşdirmək üçün Avstraliya Siqnallar Direktorluğunun (ASD) dəstəyi ilə məhkəmə-ekspertiza araşdırmasına başlayıb.

Avstraliyanın baş nazir müavini Riçard Marlz süni intellekt agentinə səhiyyə və tibb statistikalarını araşdırmaq üçün tamamilə zərərsiz bir tapşırıq verildiyini bildirib.

Marlzın sözlərinə görə, agent Viktoriya Səhiyyə Nazirliyi, Yeni Cənubi Uels ştatına məxsus statistika saytı və Avstraliya Səhiyyə və Rifah İnstitutunda yalnız ictimaiyyətə açıq məlumatlarla kikfayətlənib. Lakin "Services Australia"ya məxsus tibbi statistika portalında istədiyi məlumatı tapmadıqda sistemə qanunsuz yolla müdaxilə edib.

"OpenAI" şirkəti də hadisə ilə bağlı rəsmi açıqlama verib. Şirkət aparılan daxili araşdırmalarda xəstə qeydlərinə daxil olunduğuna dair hər hansı sübutun aşkar edilmədiyini bildirib.

Əldə olunan məlumatların ümumi səhiyyə statistikalarını və qurumdaxili fayl adlarını əhatə etdiyini açıqlayan "OpenAI", modellərinin Avstraliya haqqında suallara cavab və statistika axtararkən müxtəlif hökumət saytları ilə qarşılıqlı əlaqədə olduğunu bəyan edib.

Şirkət bu proses əsnasında modellərinin nəzərdə tutulmayan hərəkətlər etdiyini etiraf edib.

Hadisənin diqqətçəkən başqa bir tərəfi isə məlumatlandırma müddəti olub. Kiberinsident iyun ayında baş versə də, Avstraliya hökumətinə yalnız sentyabrın 10-da məlumat verilib.

Albaneze "OpenAI"ın baş icraçı direktoru Sem Altman ilə görüşdüyünü və Avstraliyanın hadisədən doğan ciddi narahatlığını şəxsən diqqətə çatdırdığını açıqlayıb.

Baş nazir şirkətin hökuməti məlumatlandırmasının həddindən artıq vaxt apardığını və bildirişin "Services Australia"nın ümumi e-poçt ünvanına göndərilməsini kəskin tənqid edib. Hadisənin digər hökumət sistemlərinə təsirinin olub-olmadığına dair araşdırmalar davam etdirilir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

End of content

No more pages to load

RADİO