Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır

Qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin yüksəlməsi Sakit və Hind okeanlarında yerləşən ada dövlətləri üçün ciddi təhlükə yaradır. Tuvalu, Kiribati, Marşal Adaları, Maldiv adaları və Vanuatu ərazilərinin bir hissəsinin su altında qalması riskinə görə müxtəlif köçürmə və uyğunlaşma planları hazırlayır.

Bizim.Media xəbər verir ki, ölkələr vətəndaşlarının gələcəyini təmin etmək üçün rəsmi miqrasiya razılaşmalarından başqa ölkələrdə torpaq almağa və daha təhlükəsiz ərazilər yaratmağa qədər müxtəlif addımlar atırlar.

Sakit okeanda yerləşən Tuvalu dəniz səviyyəsindən orta hesabla təxminən 2 metr yüksəklikdə yerləşir. Ölkə əhalisinin gələcəyini təmin etmək məqsədilə Avstraliya ilə “Falepili Sazişi” imzalayıb.

Sazişə əsasən, Tuvalu vətəndaşlarına Avstraliyada daimi yaşamaq və işləmək hüququ verilir.

Bu mexanizm iqlim dəyişikliyinin yaşayış ərazilərinə təhlükəni artıracağı təqdirdə əhalinin tədricən Avstraliyaya köçməsinə imkan yaradır.

33 mərcan adasından ibarət Kiribatidə dəniz səviyyəsinin yüksəlməsi, şirin su ehtiyatlarının duzlaşması və sahil eroziyası əsas narahatlıq doğuran məsələlərdəndir.

Mümkün kütləvi köçürməyə hazırlaşan hökumət gələcəkdə əhalinin yerləşdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə Fici ərazisindəki Vanua Levu adasında təxminən 20 kvadrat kilometr torpaq sahəsi satın alıb.

Marşal Adaları da dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üzləşir. Xüsusilə sahilyanı yaşayış məntəqələri bu dəyişikliklərdən birbaşa təsirlənir.

ABŞ ilə Azad İttifaq Sazişi (COFA) çərçivəsində Marşal Adaları vətəndaşlarına vizasız yaşamaq hüququ verilməsi əhalinin bir hissəsinin zamanla ABŞ-də məskunlaşmasına imkan yaradır. Maldiv adaları təhlükəsiz ərazilərin yaradılması üçün mühəndislik layihələrinə üstünlük verir. Əhalinin daha təhlükəsiz ərazilərdə yerləşdirilməsi məqsədilə dəniz səviyyəsindən daha yüksəkdə inşa edilən Hulhumale kimi süni adalar inkişaf etdirilir.

Maldiv adaları uzunmüddətli perspektivdə digər ölkələrdən torpaq almaq ehtimalını da nəzərdən keçirir və bu məqsədlə milli fond daxilində resurslar toplamağa çalışır.

Sakit okeanda yerləşən Vanuatuda isə həll yolu ölkə sərhədləri daxilində axtarılır.  Dəniz səviyyəsinin yüksəlməsi və sahilyanı ərazilərdə yaşayışı çətinləşdirən tayfunların güclənməsi fonunda bəzi kəndlərin adaların daha yüksək hissələrinə köçürülməsi nəzərdə tutulur. Bu məqsədlə ölkədə daxili evakuasiya və köçürmə proqramları həyata keçirilir. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO