Qazaxıstanda avtomobil qaçıran pişik barədə video sosial şəbəkələrdə geniş yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə Astanada baş verib.
Bir kişi öz “Mazda” markalı avtomobilini təmir edirmiş. Həmin vaxt pişik gizlicə maşına daxil olub və "Push Start" düyməsini sıxıb. Bu zaman avtomobil hərəkət edərək divara çırpılıb. Pişik dərhal hadisə yerindən uzaqlaşıb.
Həmin anlar müşahidə kamerasına düşüb.
Bizim.Media