Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı araşdırma aparan tədqiqatçı və jurnalist Nataşa Rey vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Xavier Poussard məlumat yayıb.
Poussardın sözlərinə görə, Rey xərçəng xəstəliyindən ölüb.
Qeyd edək ki, Rey Bricit Makronun kişi olması iddialarını yaydıqdan sonra məşhurlaşmışdı. O, Bricit Makron və onun qardaşı Jan-Mişel Tronye tərəfindən qaldırılmış böhtan iddiası üzrə məhkəmə işində qalib gəlmişdi.

Bizim.Media