Şiddətli yağışlarla bağlı - Xəbərdarlıq

Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər.

Bizim.Media xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, avqust ayında atmosferdəki su buxarının miqdarı hər kvadratmetrə 27,35 kiloqrama çatıb.

Bu göstərici 2024-cü ilin iyulunda qeydə alınan əvvəlki rekordu geridə qoyub.

Alimlər rekord artımın əsas səbəbləri arasında havanın temperaturunun yüksəlməsini və Sakit okeanda “El Nino” hadisəsinin təsirini göstərirlər. Daha isti hava daha çox su buxarı saxlaya bilir.

Atmosferdə su buxarının artması güclü yağışların və tropik siklonların yaranması üçün daha əlverişli şərait yaradır. Su buxarının kondensasiyası zamanı istilik ayrılır və bu proses fırtınalara əlavə enerji verə bilər.

Yüksək rütubət istilik dalğaları zamanı gecələr havanın kifayət qədər soyumasına da mane olur.

Bu isə insanların isti havanın təsirindən gecələr belə tam qoruna bilməməsinə səbəb ola bilər. Mütəxəssislər temperaturla atmosferdəki su buxarının bir-biri ilə sıx əlaqəli olduğunu bildirirlər.

Qalıq yanacaqların yandırılması nəticəsində atmosferdə istixana qazlarının artması və “El Nino” kimi təbii iqlim hadisələri bu prosesi daha da gücləndirə bilər.

İqlim üzrə mütəxəssislərin məlumatına görə, qlobal temperaturun hər 1 dərəcə Selsi yüksəlməsi atmosferin təxminən 7 faiz daha çox su buxarı saxlamasına şərait yaradır.

Texas A&M Universitetinin iqlim alimi Endryu Dessler bildirib ki, son minilliklərdə, hətta son yüz minilliklərdə avqust ayından daha çox atmosfer su buxarının olduğu bir ayın qeydə alınması ehtimalı olduqca aşağıdır.

Rekord göstəricinin əsas səbəblərindən birinin atmosferdə karbon qazı və metan kimi istixana qazlarının artması olduğu vurğulanır. (Qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO