Müdafiə Nazirliyi sabiq nazir Mixail Fedorovun rəhbərliyi dövründə 4-cü rüb üçün nəzərdə tutulmuş vəsaitlərin bir hissəsini vaxtından əvvəl xərcləyib.
Bizim.Media xəbər verir ki, bunu xalq deputatı Mixail Tsımbalyuk bəyan edib.
Deputatın sözlərinə görə, həmin vəsaitlər cari ilin birinci və ikinci rüblərində istifadə edilib, müvafiq müqavilələr isə artıq bağlandığından ilin sonuna qədər hərbçilərin maaş və təminat ödənişlərində çatışmazlıq yaranmaması üçün Nazirlər Kabineti dərhal dövlət büdcəsinə dəyişikliklər etməlidir.
Xatırladaq ki, sentyabrın əvvəlində hökumət hərbçilərin ödənişləri üçün 33,6 milyard qrivna yenidən bölüşdürmüşdü.
Eyni zamanda, "Reuters" agentliyinin məlumatına görə, Ukrayna 2026-cı ilin sonuna qədər əlavə olaraq təxminən 27 milyard dollar məbləğində müdafiə maliyyələşdirməsinə ehtiyacı olduğunu tərəfdaşlarına bildirib.
Bizim.Media