Çin Rusiya lideri Vladimir Putini danışıqlara sövq etmək gücünə malik olsa da, bunu etmir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "NHK" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Çin rəsmən neytral mövqe nümayiş etdirməyə çalışsa da, əslində daha çox Rusiyanın tərəfindədir.
"Təəssüf ki, Çin siyasi müstəvidə bizim tərəfimizdə deyil. Söhbət hətta silahsız, siyasi iradədən gedir. Bu müharibəni güclü liderlər, o cümlədən Çin dərhal dayandıra bilərdi", – deyə dövlət başçısı vurğulayıb.
Zelenski əlavə edib ki, Ukraynada birbaşa Çin istehsalı olan silahlar görməsə də, Rusiyanın istifadə etdiyi avadanlıqlar, texnologiyalar və ikili təyinatlı komponentlər məhz Çindən gəlir.
Bizim.Media