Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Rusiya və Azərbaycan ikitərəfli münasibətlərdəki böhran dövrünü aradan qaldırıb və əsas məqsəd əməkdaşlığı inkişaf etdirməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə o, Təhlükəsizlik Şurasının Rəyasət Heyətinin iclasında danışıb.
Şoyqu qeyd edib ki, Moskva və Bakının birgə səyləri nəticəsində əlaqələrdəki gərginlik arxada qalıb:
"Ümumi vəzifə odur ki, Rusiya-Azərbaycan əməkdaşlığı liderlərin razılaşmalarına uyğun olaraq ardıcıl şəkildə inkişaf etsin".
Bizim.Media