Rusiyanın İrkutsk vilayətində ayı giləmeyvə yığan iki kişini parçalayıb.
Bizim.Media xəbər verir ki, sentyabrın 16-sı səhər saatlarında üç nəfər Kirensk rayonundakı meşəyə gedib.
Onlar giləmeyvə yığarkən ayı 65 yaşlı Gennadi T.-yə və 55 yaşlı Konstantin P.-yə hücum edib. Hər iki şəxs hadisə yerindəcə keçinib.
Üçüncü şəxs – 59 yaşlı Aleksandr P. isə yola çıxaraq oradan keçən nəqliyyat vasitəsi ilə Krasnoyarovo kəndinə qaça bilib.
Sonradan kişilərin meyitləri meşədə aşkar edilib. Həmin ərazidə ayı da görünüb. Ovçular ayıya iki dəfə atəş açıblar, lakin heyvan qaçaraq uzaqlaşıb.
Qeyd edək ki, son günlər Rusiyada ayıların insanlara hücumları artıb.
Bizim.Media