ABŞ Prezidenti Donald Trampın tərəflərin energetika obyektlərinə zərbələri dayandırmaq barədə razılığa gəldiyini elan etməsinə baxmayaraq, Rusiya və Ukrayna infrastruktur hədəflərinə hücumları davam etdirirlər. Qərb diplomatları Rusiyanın qarşıdakı qış aylarında Ukraynada geniş enerji böhranı yaratmağa çalışacağından narahatdırlar.
Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Cəbhə xəttində nəzərəçarpacaq irəliləyişə nail ola bilməyən Moskva qatarlar və yanacaqdoldurma məntəqələri daxil olmaqla mülki hədəflərə zərbələr endirməyə üstünlük verir.
Kiyev isə əgər Rusiya enerji və kritik infrastrukturu hədəf alan hücumlarını dayandırarsa, öz növbəsində qarşılıqlı addım atmağa hazır olduğunu bildirir.
Bizim.Media