Konqresin Büdcə İdarəsinin dəyərləndirmələrinə görə, ABŞ-nin İrana qarşı apardığı hərbi münaqişənin ilk beş ayı ölkəyə 38 milyard dollara başa gəlib.
Bizim.Media xəbər verir ki, xərclərin əsas hissəsini – təxminən 21,7 milyard dolları – tükənən silah ehtiyatlarının, xüsusilə də hava hücumundan müdafiə sistemləri üçün raket-ələkeçirənlərin bərpası təşkil edir.
Hesabatda qeyd olunur ki, bu silah ehtiyatlarının tam bərpası ən azı beş il çəkə bilər və bu da ABŞ-nin Çinlə potensial qarşıdurma qarşısında imkanlarını məhdudlaşdırır.
Münaqişənin gedişatından asılı olaraq hərbi xərclər aylıq 2-3 milyard dollar həcmində artmağa davam edəcək.
Bizim.Media