ABŞ-nin Los-Anceles şəhərinin Çatsvort bölgəsində “NBC News”a məxsus helikopter canlı yayım zamanı alovlar içində qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, hadisə helikopterin ərazidə baş verən ağır qəzanı işıqlandırdığı zaman baş verib.
Hadisə yerindən yayılan görüntülərdə iki konteynerin və çoxsaylı nəqliyyat vasitələrinin alovlandığı görünür. Yanğınsöndürənlər yanğının söndürüldüyünü bildiriblər.
Qəza nəticəsində üç nəfər həyatını itirib.
Bizim.Media