Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Donald Trampın Ukrayna ilə enerji atəşkəsi təklifini yaxşı ideya adlandırıb, lakin bunun üçün Qərbin sanksiyaları ləğv edilməli və təhlükəsiz ticarət gəmiçiliyi təmin olunmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Peskov qeyd edib ki, qaz tədarükünün Avropaya çatdırılması Rusiya üçün sərfəli olarsa, bu məsələ müzakirə oluna bilər.
Xatırladaq ki, daha əvvəl Donald Tramp tərəflərin enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəldiyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, əgər tərəfdaşlar Rusiyanın razılaşmalara əməl etməsini təmin etsələr, Ukrayna enerji sazişinə razılıq verəcək.
Bizim.Media