Vyetnamın şimal-mərkəzi hissəsində yerləşən Şondong (Son Doong) dünyanın ən böyük mağarası hesab olunur.
Bizim.Media xəbər verir ki, içərisindən yeraltı çay axan və hündürlüyü 200 metrə çatan nəhəng zalları olan mağaranın tavanındakı böyük deşiklərdən içəri günəş işığı düşür.
Məhz bu təbii "pəncərələr" və rütubətli hava sayəsində mağaranın içində hündürlüyü 50 metrə çatan meşə ("Garden of Edam") formalaşıb və daxildə buludlar yaranır.
Ginnesin Rekordlar Kitabına daxil edilən bu nəhəng mağaranı il ərzində cəmi minə yaxın turist ziyarət edə bilir.
Bizim.Media