Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib ki, Varşava Moskva ilə hərbi münaqişəyə girəcəyi təqdirdə Rusiya öz güc və vasitələrinin "bütün arsenalını" tətbiq edə bilər.
Bizim.Media xəbər verir ki, "Argumentı i faktı" nəşrinə müsahibə verən Patruşev qeyd edib ki, belə bir ssenaridə Polşa dövlətçiliyi iki-üç gün ərzində mövcudluğuna son qoyacaq.
O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın hərbi potensialını səhv qiymətləndirdiyini iddia edib və Moskvanın Avropa ölkələri üçün təhlükə yaratmadığını bildirib.
Bizim.Media