“Rusiya Ermənistandakı Gümrü hərbi bazasından öz hərbçilərinin çıxarılması ilə bağlı İrəvandan heç bir müraciət almayıb. Bu ərazidə fransız əsgərlərinin olmasını isə ən azı coğrafi uzaqlıq baxımından təsəvvür etmək çətindir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin "İzvestiya" nəşrinə müsahibəsində bildirib.
Moskvanın Gümrüdəki hərbi bazanı Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik memarlığının mühüm elementi hesab etdiyini vurğulayan Qaluzin əlavə edib:
"Rusiya Ermənistan ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini, o cümlədən Paşinyanın təklif etdiyi ikitərəfli münasibətlərin "inventarizasiyası" çərçivəsində müzakirə etməyə hazırdır".
Bizim.Media