NATO zabitinin rusiyalı qadınla münasibəti karyerasına son qoydu - DETALLAR

İspaniya hərbi dəniz qüvvələrinin baş zabitinin Tinder-də tanış olduğu qadınla münasibəti Britaniya hərbi bazasında geniş təhlükəsizlik araşdırmasına yol açıb. Buna səbəb onun tərəfdaşının Rusiya ilə ehtimal olunan əməkdaşlığı ilə bağlı şübhələr olub. Bununla belə, qadının Rusiya agenti olduğuna dair heç bir sübut tapılmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Zabit həmin vaxt Hertsfordşir qraflığının Nortvud şəhərindəki NATO Müttəfiqlərin Dəniz Komandanlığında (Marcom) xidmət edirdi. Bura Rusiya hərbi gəmiləri və sualtı qayığılarının, həmçinin Rusiyanın sovetdənqalma "kölgə donanması" gəmilərinin izləndiyi əsas mərkəzlərdən biridir.
 

Hərbçinin 49 yaşlı Yanina Uayt ilə münasibətləri 2024-cü ilin oktyabrında başlayıb. Qadın Britaniya və Polşa vətəndaşlığına malikdir, Sovet Rusiyası ərazisində anadan olub, sonradan Polşaya və Böyük Britaniyaya köçüb.


Münasibətlərin başlanmasından qısa müddət sonra Uayt zabitin Ruislipdəki evinə köçüb. Onun sözlərinə görə, cütlüyün ortaq bank hesabı olub, tətil planlaşdırıb və hətta uşaq sahibi olmağı müzakirə ediblər.

Vəziyyət 2024-cü ilin dekabrında Uayt zabitlə birlikdə Nortvuddakı hərbi bazanın ərazisində keçirilən Milad şənliyini ziyarət etdikdən sonra dəyişib. Onun üçün bir günlük ziyarətçi buraxılışı rəsmiləşdirilibmiş.

2025-ci ilin əvvəlində komandanlıqda hərbçinin romantik münasibətləri ilə bağlı "təhlükəsizlik problemləri" ortaya çıxıb. İspaniya və NATO strukturları yoxlamaya başlayıblar.

2025-ci ilin iyununda Nortvud komandanlığı İspaniya hərbçisinin buraxılış vərəqəsini ləğv edib və araşdırma başa çatanadək bazaya girişini qadağan edib. İyul ayında isə İspaniya onun "Marcom"dakı ezamiyyətinə son qoyaraq zabiti geri çağırıb.

Uayt Rusiyaya işlədiyini qəti şəkildə təkzib edir. O bildirir ki, doğum yerinə görə ayrı-seçkiliyin qurbanı olub.
 

"Mən dəqiq bilirəm ki, rus casusu deyiləm", – deyə qadın "The Telegraph"a bildirib.


Onun sözlərinə görə, heç vaxt məxfi məlumatlara və ya hərbi obyektlərin mühafizə olunan otaqlarına çıxışı olmayıb.

Eyni zamanda, Uayt bildirib ki, ötən ay Sankt-Peterburqa səfəri zamanı onu özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən Andrey adlı şəxs qəhvə içməyə dəvət edib. Qadının sözlərinə görə, söhbət təxminən iki saat davam edib, həmin şəxs ondan keçmiş tərəfdaşı, onun NATO-dakı işi və münasibətləri barədə soruşub.

Uayt iddia edir ki, zabitin işinin təfərrüatlarını bilməyib, çünki evdə xidməti məsələləri müzakirə etməmək barədə razılaşıblar.
 

"Bilirdim ki, o, Rusiya kölgə donanması və sualtı qayığıları ilə məşğuldur. Lakin evdə bunun hər hansı detalını müzakirə etmək qəti şəkildə qadağan idi", – deyə o bildirib.


Başqa bir epizod 2025-ci ilin avqustunda baş verib. Məhkəmə sənədlərinə əsasən, zabit, Uayt və daha bir nəfər guya nahar etmək məqsədilə Nortvud ərazisinə daxil olmağa çalışıblar. Hərbçi və qonaqları bazaya buraxmayıblar, bundan sonra polis çağırılıb.

Heç bir həbs həyata keçirilməyib.

Uayt hərbi obyektə qanunsuz daxil olmağa çalışmadığını bildirir. O iddia edir ki, sadəcə keçmiş tərəfdaşına əşyalarını götürməyə kömək etmək istəyib.

Qadın həmçinin şikayət edib və onu potensial təhlükəsizlik təhdidi kimi tanıyan qərarın məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa çalışır. Bundan əlavə, o, doğulduğu yerə görə ayrı-seçkiliyə məruz qaldığını bildirərək Böyük Britaniyanın Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb:
 

"Bütün dövlət mexanizmi mənə düşmən kimi yanaşırdı. Bilmək istəyirəm ki, bu qərar nə üçün və kim tərəfindən qəbul edilib, həmçinin bu qərarın ləğv olunmasını istəyirəm".


Qadının sözlərinə görə, şübhələr səbəbindən o, təcrid olunub və özünü cəmiyyətdən təcrid olunmuş hiss edib.

Eyni zamanda, Uaytın keçmiş tərəfdaşı bu vəziyyətin onun karyerasına və ailəsinə ciddi təsir göstərdiyini bildirib. O iddia edir ki, çoxillik xidmətdən sonra onu "arzuolunmaz kənar şəxs" kimi qəbul etməyə başlayıblar.

Nə Uayta, nə də zabitə casusluq ittihamı irəli sürülüb. Qadının xarici agent olduğuna dair heç bir sübut da yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO