Ukrayna Silahlı Qüvvələrinin Rusiya Cənub Hərbi Dairəsinin 51-ci ordusunun qərargahına endirdiyi raket zərbəsi nəticəsində Rusiya ordusunun general-leytenantı Sergey Milçakov öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Z təbliğatçısı Anastasiya Kaşevarova yayıb.
“Düşmən dəqiq hədəfə zərbə endirib, deməli, mövqenin yeri barədə məlumat öz tərəflərindən sızıb”, – deyə o, qeyd edib.
Milçakov Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Qəhrəmanı” adına layiq görülmüşdü. O, Rusiya qoşunlarının Pokrovsk-Dobropolsk istiqamətində hücumuna komandanlıq edib.
Bizim.Media