Berlin Senatının şəbəkələri hakerlər tərəfindən sındırılıb və darknetdə, o cümlədən dron uçuşları ilə bağlı məxfi sənədlər yerləşdirilib.
Bizim.Media xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, Berlin Senatından 5,79 terabayt həcmində məlumat oğurlanıb.
Sızmalar arasında qəzet dronlar haqqında yüzlərlə sənəd aşkar edib. Nəşrin məlumatına görə, Berlin və Brandenburqun Birgə Ali Aviasiya İdarəsinin 2025-ci ilin noyabr tarixinə olan məxfi sənədində qeyd olunur ki, dronlar "istənilən vaxt təhlükəli əşyaları təhlükəsizlik zonasına çatdıra bilər".
Aviasiya idarəsinin sənədlərinə əsasən, 2025-ci ilin yayında aparılmış və 19 gün davam edən uzunmüddətli monitorinq zamanı Berlin hava limanının 30 kilometrlik radiusunda ümumilikdə 2 093 dron uçuşu qeydə alınıb.
Bizim.Media