İsveçli astrofizik Qoran Henrisson qədim qotların 2,5 min il əvvəl qış ayinlərinin və qurban kəsmə mərasimlərinin vaxtını təyin etmək üçün istifadə etdikləri mürəkkəb Günəş və Ay təqvimi aşkar edib.
Bizim.Media xəbər verir ki, "Universe Today" saytının məlumatına görə, Stokholm yaxınlığındakı Köhnə Uppsala bölgəsində tapılan və uzunluğu yüzlərlə metr olan dirək çuxurları xətləri qədim insanların Günəşin və tam Ayın çıxma istiqamətini izləməsinə imkan verən astronomik təqvim rolunu oynayıb.
Tədqiqata əsasən, hər səkkiz ildən bir qışın tən ortasında — fevralın 6–8-də başlayan doqquzgünlük ritual zamanı bir nəfər insan və yeddi ev heyvanı qurban kəsilib. Qədim insanlar inanırdılar ki, bu dəqiq hesablanmış dini mərasim növbəti səkkiz il ərzində onlara rifah və əmin-amanlıq qazandıracaq.
Bizim.Media