İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən “Virgo Transport 8” bərəsinin 103 sərnişini xilas edilib, 1 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli axtarış-xilasetmə xidmətinin rəhbəri İ Putu Sudayana bildirib.
Qeyd edilib ki, 243 sərnişin və ekipaj üzvü olan gəmi bazar günü səhər Şərqi Yavanın Surabaya şəhərindən yola düşdükdən sonra əlaqə itib. Sudayananın sözlərinə görə, xilasedicilər gəmiyə çatmaq üçün hündürlüyü 2,5 metrə (8,2 fut) çatan dalğalarla mübarizə aparıblar.
Bizim.Media