Vaşinqtondan Konnektikut ştatının Nyü-Heyven şəhərinə qədər olan ərazidə güclü tufanlar və leysanlar səbəbindən ABŞ-ın şimal-şərqində 39 milyon sakin üçün daşqın təhlükəsi elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" nəşri yazıb.
Belə ki, Merilend, Pensilvaniya, Delaver, Nyu-Cersi və Nyu-York ştatlarında, xüsusilə Bruklin və Kuins rayonlarında qəfil daşqın riskləri yüksəkdir.
Nyu-Yorkda zirzəmi və yarımdzirzəmi mənzillərində yaşayan sakinlər üçün müvəqqəti sığınacaqlar açılıb, əhaliyə təhlükəsiz yerlərə köçmək tövsiyə olunub. Bölgə üzrə yağıntının miqdarının 127–178 millimetrə çatacağı gözlənilir.
Bizim.Media